Tanınmış yazar 90 yaşında ÖLDÜ
İsveçrəli yazıçı Erich von Daniken 90 yaşında dünyasını dəyişib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müalicə aldığı İnterlaken şəhərindəki xəstəxanada vəfat edib.
Erich von Daniken qocalıqla əlaqəli təbii səbəblərdən ölüb. Onun 1968-ci ildə nəşr olunmuş "Chariots of the Gods?" kitabı bütün dünyada böyük sensasiyaya səbəb olub. 40-dan çox dilə tərcümə edilən bu kitab milyonlarla nüsxə satılıb və kult klassikasına çevrilib.
Karyerası boyunca 49 kitab müəllifi olan Daniken çoxsaylı sənədli filmlərə və televiziya proqramlarına da ilham verib.













