Arktika NATO-nun əsas prioritetlərindən biridir
Arktika hazırda Şimali Atlantika Alyansının (NATO) əsas prioritetlərindən biridir.
Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte məlumat verib.
Baş katibin sözlərinə görə, alyansın üzv ölkələri Arktika regionunun təhlükəsiz qalması və alyansın gündəmində prioritet yer tutması ilə razılaşıblar.
Rütte həmçinin bildirib ki, alyans daxilində regionun gələcəyi ilə bağlı dialoqun davam etdirilməsi və birgə qərarların hazırlanması məqsədilə məsləhətləşmələr aparılır.
Aytəkin TOFİQQIZI













