“Daxili işlərimizə qarışmayın” - İrandan XƏBƏRDARLIQ

 18:36 12.01.2026     372

Bu gün İran Xarici İşlər Nazirliyi Almaniya, Fransa və İtaliya səfirlərini ölkədəki etirazları dəstəklədikləri bəhanəsi ilə çağırıb.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Rəsmi məlumatlara görə, diplomatlara video görüntülər təqdim olunub və bu materiallarda etirazçılar tərəfindən zorakı hərəkətlər və dinc tədbirlərdən yayınan nümayişçilər göstərilib.

İran XİN xarici səfirlərdən hökumətlərinin rəsmi açıqlamalarını yenidən nəzərdən keçirmələrini tələb edib və bu açıqlamaları İranın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən