Türkiyədə İŞİD əməliyyatı: saxlanılanlar var
İstanbulda terror təşkilatı İŞİD-ə maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Aparılan araşdırmalar zamanı A.G. adlı şəxsin Suriyadakı münaqişə bölgələrində terror təşkilatına yaxın şəxslərə, həmçinin İstanbulda fəaliyyət göstərən İŞİD tərəfdarlarına “infak” adı altında pul topladığı müəyyən edilib.
Saxlanılanların istifadə etdiyi rəqəmsal daşıyıcılara və digər sübut əhəmiyyətli materiallara isə əl qoyulub.
Nuriyyə NATİQQIZI













