Aİ İrana qarşı yeni sanksiyalar hazırlayır
Avropa İttifaqı İranda davam edən etiraz aksiyalarına qarşı sərt müdaxilələrə görə bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ sədri Ursula fon der Leyen sosial media hesabında paylaşım edib.
O bildirib ki, Avropa Komissiyası Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə sıx əməkdaşlıq çərçivəsində repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiya tədbirləri hazırlayır.
Ursula fon der Leyen vurğulayıb ki, İranda hökumət əleyhinə etirazçılar “azadlıq uğrunda cəsarətlə mübarizə aparırlar”, hüquq-mühafizə orqanları isə aksiyaların qarşısını almaq üçün “həddindən artıq güc” tətbiq edir.
Nuriyyə NATİQQIZI













