ABŞ Qrenlandiyaya qoşun göndərmək niyyətində deyil - Conson

 09:43 14.01.2026     402

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəməsinə baxmayaraq, Amerikanın qoşunlarını adaya göndərmək planı yoxdur.

Redaktor.az xəbər verir ki,bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

“Qrenlandiyaya qarşı müharibə elan etmək planlaşdırılmır. Bu sadəcə mümkün deyil. Mən gözləmirəm ki, yaxın vaxtlarda haradasa amerikalı hərbçilər görünsün”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, hazırda ABŞ-nin Qrenlandiyanı almağa marağı bir sıra səbəblərlə bağlıdır, o cümlədən milli təhlükəsizlik və mineral resurslar.

“Prezidentin demək istədiyi budur ki, obyektiv şəkildə qəbul edilməlidir: Qrenlandiya həm bizim, həm də dünyanın digər ölkələri üçün strateji əhəmiyyətə malikdir. Ona görə də biz bu məsələyə çox ciddi yanaşmalıyıq”, - Conson əlavə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən