Çin Avropa ilə ticarət həcmini artırıb

 10:17 14.01.2026     398

Çin 2025-ci ildə Avropa ilə ticarət həcmini artırıb.

Redaktor.az bu barədə Çin Baş Gömrük İdarəsinin (BGT) məlumatlarına istinadla məlumat verir.

Ötən il ticarət dövriyyəsi 5,4 faiz artaraq 828,11 milyard ABŞ dollarına çatıb. Çin məhsullarının Avropaya ixracı nəzərəçarpacaq dərəcədə, 8,4 faiz artaraq 559,94 milyard dollar təşkil edib. Eyni zamanda, Avropa məhsullarının idxalı isə cüzi azalıb və 268,16 milyard dollar olub (0,4 faiz azalma).

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən