"İranın zədələnmiş nüvə obyektlərini bərpa etmək planı yoxdur"

 14:38 14.01.2026     255

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin nüvə obyektlərini ABŞ və İsrailin mümkün hücumları nəticəsində zədələnmiş hallarda bərpa etmək üçün hazırda heç bir plan yoxdur.

Redaktor.az “Əl-Manar” televiziyasına istinadən xəbər verir ki, Əraqçi deyib:

“Təhlükəsizlik təhdidləri və əlaqəli məsələlər həll olunana qədər onları bərpa etmək üçün hazırda heç bir plan yoxdur”.

Nazir həmçinin vurğulayıb ki, iyun ayında İsrail və ABŞ-lə yaşanan münaqişə zamanı İranın raket potensialına ciddi ziyan dəyməyib və hücumdan sonra yaranan çətinliklər aradan qaldırılıb.

Abbas Əraqçi İranın hazırkı hərbi vəziyyətinin keçmişdən daha güclü olduğunu, hadisələrin “zəif nöqtələri” üzə çıxardığını qeyd edib. O əlavə edib ki, ölkə lazım gələrsə özünümüdafiəyə hazırdır, lakin bu, müharibə istədiyini ifadə etmir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən