"Makronun səsləndirdiyi fikirlər vicdan əzabı diplomatiyasından ibarətdir"

 15:30 14.01.2026     250

Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə dialoqu bərpa etmək planları ciddi xarakter daşımır.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Makronun bu istiqamətdə səsləndirdiyi fikirlər vicdan əzabı və mikrofon diplomatiyasından ibarətdir.

“Bu, ciddi deyil. Bu, heç vaxt yaxşı bir şeyə gətirib çıxarmayan, mikrofon diplomatiyasının, meqafon diplomatiyasının bir forması olan bir reklam çarxıdır”, – deyə Sergey Lavrov vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən