Lavrov ABŞ-nin Venesueladakı əməliyyatını qanunsuz adlandırdı
"Rusiya ABŞ-nin Venesueladakı əməliyyatını beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir və bu mövqeyini dəyişmir".
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Namibiyanın beynəlxalq əlaqələr naziri Selma Aşipala-Musavya ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe fundamentaldır və hökumətləri təbii olaraq bütün əhalinin maraqlarını təmsil edən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanır. Venesuela da məhz belə bir dövlət idi”, – deyə Rusiya xarici işlər naziri vurğulayıb.
Lavrovun sözlərinə görə, ABŞ-nin Venesueladakı əməliyyatı ilə bağlı Rusiyanın mövqeyini əksər dövlətlər, o cümlədən Qlobal Cənub və Qlobal Şərq ölkələri bölüşür. O bildirib ki, yalnız Avropa ölkələri və Vaşinqtonun müttəfiqləri Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması ilə bağlı fundamental qiymətləndirmə aparmaqdan “utancverici şəkildə yayınırlar”, halbuki bunun beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu hər kəsə aydındır.
Aminə ŞAHSUVARQIZI













