"NATO bizə Qrenlandiyanı əldə etmək üçün yol açmalıdır" - Tramp
ABŞ Prezidenti Donald Tramp NATO-nu Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsinə yardım göstərməyə çağırıb.
Redaktor.az xəbər verir ki, o, bu tələblə Şimali Atlantika Alyansına "Truth Social "sosial şəbəkəsində müraciət edib.
“NATO bizə Qrenlandiyanı əldə etmək üçün yol açmalıdır”, — deyə Tramp yazıb.
Onun sözlərinə görə, Qrenlandiya ABŞ-ın nəzarətində olarsa, alyans daha güclü və daha effektiv bir təşkilata çevriləcək.
Aytəkin TOFİQQIZI













