ABŞ Venesuela neftinin satışına rəsmi olaraq başladığını elan ETDİ
ABŞ administrasiyası Venesueladan əldə olunan neftin satışına rəsmi şəkildə start verildiyini açıqlayıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Venesuela neftinin ilk partiyası artıq satılıb. Satışın ümumi dəyəri 500 milyon dollar təşkil edib. ABŞ rəsmiləri yaxın zamanda yeni satışların da həyata keçiriləcəyini bildiriblər.
Qeyd olunub ki, neft satışından əldə olunan vəsaitlər ABŞ hökumətinin nəzarətində olan və “neytral zona” kimi qiymətləndirilən Qətərdə yerləşən bank hesablarında saxlanılır.
ABŞ tərəfi gələcək mərhələlərdə satışların davam etdiriləcəyini və prosesin mərhələli şəkildə genişləndiriləcəyini vurğulayıb.
Nuriyyə NATİQQIZI













