"Dərhal tərk edin" - ABŞ-dən İrandakı vətəndaşlarına ÇAĞIRIŞ
ABŞ-nin İrandakı səfirliyi islam respublikasındakı gərginlik fonunda bu ölkədəki vətəndaşlarına müraciət edib.
Redaktor.az xəbər verir ki, müraciət ABŞ-nin İrandakı səfirliyinin rəsmi saytında dərc olunub.
Açıqlamada İranda vəziyyətin getdikcə gərginləşdiyi vurğulanır və bildirilir ki, bundan sonra da zorakılıq, həbslər və xəsarətlərin davam edəcəyi istisna edilmir.
"Dərhal İranı tərk edin. İrandan çıxış planı hazırlayın. Təhlükəsizdirsə, İranı quru yolu ilə tərk etməyi, Türkiyəyə və ya Ermənistana keçməyi düşünün", - deyə səfirlik qeyd edib.
O da bildirilir ki, İran hökuməti ikili vətəndaşlığı tanımır, ABŞ və İran ikili vətəndaşlığı olan şəxslərə yalnız İran vətəndaşları kimi yanaşacaq.













