Livanda İsrail PUA-sının hücumu nəticəsində “Hizbullah” üzvü öldürüldü

 09:00 16.01.2026     326

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu zamanı Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı qanadının üzvü öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” televiziya kanalıməlumat yayıb.

Məlumata görə, hadisə Nəbatiyyə şəhəri yaxınlığındakı Zəvtar-Meyfadun şossesində baş verib. Həmin şəxs pilotsuz təyyarənin iki raket atdığı nəqliyyat vasitəsində olub.

Vumart və Güvən reklamı Vumart Güvən