Yəməndə hökumət istefa VERDİ

 09:30 16.01.2026     373

Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə 16 yanvar gecəsi Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir. 

Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən