Suriya ordusu Rakka şəhərinə yaxınlaşdı

 12:26 18.01.2026     446

Suriya ordusu Hələbdə həyata keçirilən əməliyyatın ikinci mərhələsindən sonra SDQ/YPG terror qruplaşmasını Fərat çayının şərqinə çəkilməyə məcbur edib.

Redaktor.az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, Tabqa şəhərinə daxil olan ordu Rakka şəhər mərkəzinin beş km yaxınlığına qədər çatıb.

Qeyd edilir ki, Suriya ordusu Hələb bölgəsində 34 kəndi nəzarətə götürüb.

Vumart və Güvən reklamı Vumart Güvən