Rütte Trampla Qrenlandiya məsələsini müzakirə ETDİ

 23:00 18.01.2026     329

Şimali Atlantika Alyansının baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Rütte bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“ABŞ prezidenti ilə Qrenlandiya və Arktikada təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etdim. Davosda onunla görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə alyansın baş katibi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən