Qrenlandiya məsələsi Davosdakı görüşün gündəliyini DƏYİŞDİ

 00:00 19.01.2026     342

Qərb ölkələrinin liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri yanvarın 19–23-də keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Davosda planlaşdırılan görüşün gündəliyinə Qrenlandiya məsələsinin daxil edilməsi üçün dəyişiklik ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ilkin olaraq görüşün Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunması nəzərdə tutulurdu.

Lakin sonradan planlar yenilənib və müşavirlərin Qrenlandiya mövzusunu da müzakirə etməsi qərara alınıb.

Qeyd olunur ki, danışıqlar yanvarın 19-da keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən