İspaniyada iki sürət qatarı toqquşdu - Ölənlər var

 09:11 19.01.2026     248

İspaniyanın cənubunda iki sürətli qatar toqquşub. Hadisə nəticəsində ən azı 21 nəfər ölüb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, qəza İspaniyanın cənubundakı Əndəlüs əyalətində Adamuz şəhəri yaxınlığında qeydə alınıb. 

Bildirilir ki, qatarlar bu yaxınlarda təmir edilmiş dəmir yolu hissəsində relsdən çıxıb.

Ölənlərin dəqiq sayı açıqlanmayıb, lakin İspaniya Nəqliyyat Naziri Oskar Puentenin sözlərinə görə, 30-dan çox insan ağır xəsarətlərlə xəstəxanalardadır. 100-dən çox yaralının olduğu bildirilir. 

Vumart və Güvən reklamı Vumart Güvən