İran XİN rəhbəri Davos Forumunda iştirak etməyəcək

 15:00 19.01.2026     313

İranın xarici işlər naziri Abbas Əraqçi Davosda keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu X-də paylaşım edib.

"O, ötən payız dəvət olunsa da, son bir neçə həftə ərzində İranda mülki şəxslərin faciəvi şəkildə həlak olması İran hökumətinin bu il Davosda təmsil olunmasının düzgün olmadığını göstərir", - paylaşımda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən