İsraildə uşaq bağçasında 55 uşaq xəsarət aldı - 2 körpə öldü

 18:46 19.01.2026     422

Yerusəlimdə uşaq baxçalarından birində yaşanan bədbəxt hadisə nəticəsində 2 körpə ölüb, 53 uşaq xəsarət alıb.

Redaktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, azyaşlılar tənəffüs problemləri ilə üzləşiblər.

Yerli mətbuat özəl bağçada istilik sistemində nasazlıq yaşanması və ətrafa zərərli kimyəvi maddə buraxması ilə bağlı məlumatlar yayıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən