Hindistanda BRİKS ölkələrinin rəqəmsal valyutalarının əlaqələndirilməsi təklif olundu
Hindistan Mərkəzi Bankı BRİKS ölkələrinə rəsmi rəqəmsal valyutaların inteqrasiyasını təklif edib. Məqsəd üzv dövlətlər arasında sərhədlərarası ödənişlərin daha sadə və sürətli həyata keçirilməsidir.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hindistanın Ehtiyat Bankı (Mərkəzi Bank) hökumətə mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC) əlaqələndirilməsi təşəbbüsünün qarşıdakı BRİKS sammitinin gündəliyinə salınmasını təklif edib. Mənbələr bildiriblər ki, bu təşəbbüsün reallaşması BRİKS ölkələrinin dollar asılılığını azalda bilər.
Qeyd olunur ki, belə bir addım ABŞ-nin narazılığına səbəb ola bilər. Belə ki, Vaşinqton daha əvvəl ABŞ dollarından yan keçmək riskləri ilə bağlı xəbərdarlıq etmişdi.
Nuriyyə NATİQQIZI













