İranda iğtişaşların 200-ə yaxın təşkilatçısı həbs edildi

 09:28 20.01.2026     355

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin qərbində yerləşən Lorestan əyalətində iğtişaşların 192 təşkilatçısını saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi İİKK-nın yerli şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Lorestan əyalətində iğtişaşların və qırğınların 192 təşkilatçısı və rəhbəri həbs edilib; onlar ABŞ və İsraildəki terror təşkilatları ilə əlaqəli idilər", - məlumatda bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən