Mirça Luçesku xəstəxanaya yerləşdirildi

 14:52 23.01.2026     903

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanalıq olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

80 yaşlı mütəxəssis ürək problemləri səbəbindən xəstəxanaya aparılıb. O, hazırda müşahidə altındadır.

Luçesku 2024-cü ilin yayından Rumıniya yığmasına rəhbərlik edir.

Vumart və Güvən reklamı Vumart Güvən