Tramp Putinin Ukrayna məsələsində güzəştə gedəcəyini BİLDİRDİ

 01:21 24.01.2026     393

Rusiya prezidenti Vladimir Putin Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlar çərçivəsində güzəştlərə gedəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərindən Vaşinqtona gedərkən "Air Force 1" təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün bütün tərəflər güzəştə getməlidir və bu prosesdə Avropa da iştirak etməlidir, çünki bu qoca qitə üçün daha böyük əhəmiyyət kəsb edir.

"Prezident Putinin razılaşmaya hazır olmadığı dövrlər olub, Ukrayna Prezidenti Volodimir Zelenskinin hazır olmadığı dövrlər də olub – bu anlar üst-üstə düşməyib. Hazırda, mənim fikrimcə, hər iki tərəf danışıqlara hazırdır", – deyə Tramp qeyd edib.

O vurğulayıb ki, Davosdakı görüşdə Ukrayna lideri razılaşma imzalamağa hazır olduğunu bildirib: "Əvvəllər mənim buna tam əminliyim yox idi".

 

Vumart və Güvən reklamı Vumart Güvən