Saxalində səmada iki Günəş GÖRÜNDÜ

 11:14 24.01.2026     438

Rusiyanın Saxalin bölgəsi üzərində səmada iki Günəş görünüb. Saxalin sakinləri nadir optik halın şahidi olublar.

Bu barədə Redaktor.az sakhalin-news.ru nəşrinə istinadən xəbər verir.

Məlumata görə, bu, altıbucaqlı, prizmatik formalı buz kristallarında işığın sınması nəticəsində yaranan parheliondur (saxta, yalançı Günəş - red.). Onlar yer səthindən 6-10 kilometr yüksəklikdə sirius buludlarında (buz dumanı - red.) əmələ gəlir.

Vumart və Güvən reklamı Vumart Güvən