Gürcüstan DTX-nin əməkdaşı avtomobilində intihar ETDİ

 13:45 26.01.2026     289

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası yaxınlığında parkinq edilmiş avtomobildə meyit aşkarlanıb.

Redaktor.az xəbər verir ki, həmin şəxsin intihar etdiyi ehtimal edilir.

Yayılan məlumatlara əsasən, o, DTX-nin Korrupsiyaya qarşı Mübarizə Agentliyinin əməkdaşı olub və avtomobilində odlu silahla özünü öldürüb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstanın Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb. Qurumdan bildirilib ki, hadisə yerinə baxış zamanı odlu silah və yan oturacaqda aşkarlanmış məktub müsadirə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən