Paşinyan orduda bu strukturu ləğv etdi - Abramyan

 13:38 31.01.2026     488

Ermənistan hökumətinin orduda kilsə xidmətini ləğv etməsi silahlı qüvvələrə böyük ziyan vuracaq.

Redaktor.az xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan bildirib.

O iddia edib ki, silahlı qüvvələrdə kilsə xidməti qoşunların mənəvi və psixoloji vəziyyətində, hərbçilər arasındakı münasibətlərdə, təhsil və tərbiyə proseslərində böyük rol oynayıb:

“Bu qurumun orduda ləğv edilməsi qoşunlardakı atmosferə, insan münasibətlərinə və müvafiq olaraq döyüş effektivliyinə böyük ziyan vuracaq”.

Vumart və Güvən reklamı Vumart Güvən