Ukrayna və NATO əsas əməkdaşlıq prioritetləri üzərində birgə iş barədə razılığa GƏLDİ

 21:55 31.01.2026     547

Ukrayna və NATO əsas əməkdaşlıq prioritetləri üzərində birgə iş barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə tərəflər hava hücumundan müdafiənin gücləndirilməsi, Patriot, F-16 və HIMARS sistemlərinin hazırlanması, eləcə də texnoloji üstünlük danışıqlarda əsas prioritet mövzular olub.

Müdafiə Nazirliyi görüləcək tədbirlərin təfərrüatları barədə məlumat verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən