Hindistan Rusiya neftindən imtina edəcək - Trampdan iddia

 21:25 02.02.2026     550

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Hindistanın Baş naziri Narendra Modi onunla telefon danışığı zamanı Rusiya neftinin alınmasını dayandırmağa və bu yanacağı ABŞ-dən, mümkün halda isə Venesueladan almağa razılaşıb.

Redaktor.az xəbər verir ki, Tramp telefon danışığı ilə bağlı "Truth Social"  platformasında paylaşdığı açıqlamada bildirib.

“Biz bir çox məsələləri, o cümlədən ticarəti və Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasını müzakirə etdik. O, Rusiya neftinin alınmasını dayandırmağa, bu xammaldan ABŞ-dan və potensial olaraq Venesueladan xeyli daha çox almağa razılaşdı”.

ABŞ Prezidenti hesab edir ki, bu addım Ukraynadakı müharibənin başa çatdırılmasına kömək edəcək.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən