"Qrenlandiya ABŞ-lə razılığa gəlməyə ümid edir" - XİN rəhbəri

 18:10 03.02.2026     377

Qrenlandiya ABŞ-lə ortaq məxrəcə gələcəyinə ümid edir.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt deyib.

Nazir danışıqlar yolu ilə diplomatik həll üçün çalışdıqlarını bildirib.

“Ümid edirəm və nikbinəm ki, bizim “qırmızı xəttlərimiz”ə hörmət ediləcək və biz birlikdə ortaq bir fikrə gəlib çıxacağıq”, - Qrenlandiyanın xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ya sülh, ya da güc yolu ilə ABŞ-a birləşdiriləcəyini elan edib.

Vumart və Güvən reklamı Vumart Güvən