İsveç və Danimarka Ukrayna üçün HHM sistemləri alacaq

 09:00 04.02.2026     341

İsveç və Danimarka Ukraynaya ötürülməsi üçün ümumi dəyəri təxminən 290 milyon dollar olan hava hücumundan müdafiə sistemlərinin birgə alınması barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" İsveçin müdafiə naziri Pol Yunsonun bəyanatına istinadən məlumat yayıb.

Razılaşma çərçivəsində "BAE Systems Bofors" şirkəti tərəfindən hazırlanmış silah sistemlərinin alınması nəzərdə tutulur. Maliyyələşdirmənin əsas hissəsini İsveç üzərinə götürəcək və 234 milyon dollar ayıracaq. Danimarkanın töhfəsi isə təxminən 56 milyon dollar təşkil edəcək.

“Bu satınalma təkcə Ukraynaya döyüş meydanına daha çox avadanlıq çatdırmağa kömək etmir, həm də İsveçdə istehsal imkanlarımızı gücləndirir”, – deyə Pol Yunson mətbuat konfransında bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən