Finlandiya Ukraynaya yeni hərbi yardım paketi göndərir
Finlandiya Ukraynaya 32-ci hərbi yardım paketini göndərir. Yardımın ümumi dəyəri 43 milyon avro təşkil edir.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əvvəlki tədarüklərdə olduğu kimi, yeni yardım paketinin tərkibi açıqlanmır. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, indiyədək ölkə tərəfindən Ukraynaya göndərilən hərbi və müdafiə təyinatlı məhsulların ümumi həcmi 3,2 milyard avroya çatıb.
Nuriyyə NATİQQIZI













