Zelenskinin Ofisi Rusiya ilə danışıqları konstruktiv adlandırdı

 18:10 05.02.2026     191

Əbu-Dabidə Rusiya ilə aparılan danışıqlar konstruktiv olub.

Redaktor.az “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların nəticələri haqda danışarkən deyib.

“Danışıqlar həqiqətən konstruktiv keçdi. ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə keyfiyyətli təşkilatçılıq və vasitəçilik üçün təşəkkür edirəm”, - Budanov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən