"Müstəqilliyimizi itirsək, Rusiyanın bir hissəsi olacağıq" - Zelenski

 18:38 05.02.2026     345

"Müharibəni uduzsaq, Rusiyanın bir hissəsi olacağıq".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 

Eyni zamanda, Ukrayna Prezidenti bunun baş verməyəcəyinə əminliyini ifadə edib:

“Əgər bu müharibəni uduzsaq, sadəcə ölkəmizin müstəqilliyini itirəcəyik. İndiyə qədər onu qoruyub saxlaya bilmişik. Müstəqilliyimizi itirsək, Rusiyanın bir hissəsi olsaq, bu, tamamilə dəhşətli bir itki olacaq”, - deyə Zelenski qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən