Putin İsveçrənin XİN rəhbəri ilə görüş PLANLAŞDIRMIR
Rusiya Prezidenti Vladimir Putin İsveçrənin xarici işlər naziri, eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri İnyaçio Kassislə görüş keçirməyi planlaşdırmır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin rəsmi nümayəndəsi bildirib ki, Kassisin əsas görüş tərəfi Rusiya xarici işlər naziri Sergey Lavrovdur. Peskovun sözlərinə görə, hazırda danışıqlar davam edir və tərəflər arasında görüş keçirilir, lakin dövlət başçısı səviyyəsində hər hansı təmas nəzərdə tutulmayıb.
Aytəkin TOFİQQIZI













