Ermənistanda hərbi hissədə əsgərin meyiti TAPILDI

 23:09 07.02.2026     482

Ermənistanda hərbi hissələrin birində hərbçinin meyiti tapılıb.

Redaktor.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqavilə ilə xidmət edən əsgər David Armenoviç Manukyanın cəsədi tapılıb", - məlumatda deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən