Səkkiz nəfər həlak oldu- Çində partlayış

 10:17 08.02.2026     414

Çinin şimalındakı müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.

Redaktor.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.

Hadisə Şansi əyalətinin Şoçjou şəhərinin Şanyin qəzasında yerləşən "Jiapeng" biotexnologiya şirkətinin zavodunun sexlərindən birində baş verib. Partlayışın səbəbləri barədə məlumat daxil olmayıb.

Hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb. İnsidentin araşdırılması üçün hadisə yerində istintaq qrupu yaradılıb.

Vumart və Güvən reklamı Vumart Güvən