Türkiyənin məşhur yazıçısı vəfat etdi

 21:56 08.02.2026     326

Türk ədəbiyyatının görkəmli simalarından biri, "Ümidsiz türklər", "İçinizdəki öküzə "dayan" deyin!" və "Zamanın əfəndisi" kimi çoxsaylı əsərlərin müəllifi Bülent Akyürek 57 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, 42 ildir yazıçılıqla məşğul olan Akyürek müalicə aldığı xəstəxanada vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.  

Akyürekin dəfn mərasimi 10 fevralda Ankaradakı Gölbaşı Qəbiristanlığında keçiriləcək.

Akyürek 41 illik yazıçılıq karyerasında yüzlərlə əsər yazıb. 

Vumart və Güvən reklamı Vumart Güvən