Ukrayna xarici əsgərlərə yaşayış icazəsi VERƏCƏK
Ukrayna prezidenti Volodimir Zelenski xarici hərbçilərə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfində döyüşən şəxslərə ölkədə yaşamaq hüququ verən qanunu imzalayıb.
Redaktor.az xəbər verir ki, sənəd Ukrayna Ali Radasının saytında dərc olunub.
Qanuna əsasən, xarici hərbçilərə müqavilə müddətində və müqavilə başa çatdıqdan sonra üç ay əlavə müddət üçün Ukraynada müvəqqəti yaşayış icazəsi veriləcək. Eyni zamanda, onlara tibbi təminat da daxil olmaqla, xüsusi sosial təminatlar təqdim olunacaq.
Qanun imzalandıqdan bir ay sonra qüvvəyə minəcək. Xarici vətəndaşlar sənəd qüvvəyə mindikdən sonra altı ay ərzində müvafiq sənədləri təqdim etməklə yaşamaq icazəsi ala biləcəklər.
Nuriyyə NATİQQIZI













