Starmer hökumətində son iki gün ərzində ikinci şəxs istefa VERDİ
Böyük Britaniya Baş naziri Keir Starmerin ofisinin kommunikasiyalar üzrə direktoru Tim Allan istefa verib.
Redaktor.az bu barədə BBC-ə istinadən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl Starmerin aparat rəhbəri Morqan Maksuini pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonu ABŞ-yə səfir təyin etməsi ilə bağlı qalmaqalla əlaqədar istefa verib.













