BMT Baş katibi ŞKTR Prezidenti ilə GÖRÜŞƏCƏK

 00:00 10.02.2026     307

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürmanla görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik danışıb.

Sözçü bildirib ki, görüş fevralın 11-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək.

Görüşdə Kipr probleminin həlli istiqamətində müzakirələr aparılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən