“ABŞ-nin Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlığı davam edəcək” - Vens

 16:28 10.02.2026     343

Həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var.

Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Bakıya səfərindən əvvəl İrəvan aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

“Dünən Baş nazirin çıxışını eşitdim. Bir neçə ay əvvəlki vəziyyətlə müqayisədə indiki vəziyyətimizi nəzərə alsaq, o, sülh müqaviləsi ilə bağlı nikbindir”, - Vens qeyd edib.

O əlavə edib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlığı davam edəcək.

Qeyd edək ki, Vens Ermənistandan Azərbaycana səfərə yola düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən