Razılıq əldə olunmasa, ABŞ İrana qarşı sərt tədbirlər görəcək - Tramp

 04:10 11.02.2026     374

Nüvə proqramı üzrə razılıq əldə olunmasa, ABŞ İrana qarşı sərt tədbirlər görəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində deyib.

"Biz ya razılaşma əldə edəcəyik, ya da əvvəlki kimi sərt tədbirlər görməli olacağıq", - o, 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri nəzərdə tutaraq bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən