Lukaşenko ABŞ-yə səfər edə BİLMƏYƏCƏK

 15:50 11.02.2026     362

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə səfər edə bilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, liderlərin Sülh Şurası çərçivəsində ilk görüşünə dəvət çox gec daxil olub. Bu səbəbdən Belarus ilk iclasda xarici işlər naziri Maksim Rıjenkov tərəfindən təmsil olunacaq.

“Biz məmnuniyyətlə ABŞ-yə səfər edərdik, lakin təxirə salınması mümkün olmayan məsələlər var”, – deyə Eysmont bildirib.

O əlavə edib ki, Minsk xüsusilə Avropa İttifaqının sanksiyaları və hava məkanının bağlanması ilə əlaqədar yarana biləcək bütün mümkün logistika çətinliklərinin fərqindədir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən