“Türk Hava Yolları” İrəvana uçuşlara BAŞLAYIR

 18:10 11.02.2026     411

Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşlara başlayır.

Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, aviaşirkət martın 11-dən gündəlik İstanbul-İrəvan-İstanbul reysləri həyata keçirəcək. 

Məlumata görə, daha sonradan uçuşların sayı artırılacaq. Belə ki, mayın 14-dən həftədə 10, iyunun 15-dən isə 14 reys həyata keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən