Məktəbə silahlı basqın: müəllim və şagirdlər girov götürüldü
Taylandın Sonqxla əyalətinin Hat Yai şəhərində silahlı şəxslər məktəbə basqın edərək müəllim və şagirdləri girov götürüblər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hadisə dərslərin bitməsinə az qalmış baş verib. Silahlı şəxslər məktəb binasına daxil olaraq bir neçə müəllim və şagirdi girov saxlayıblar. Bildirilir ki, bir müəllim atəş nəticəsində yaralanıb.
Polis açıqlamasında qeyd edib ki, bir çox şagird hələ də məktəb binasında qalıb. Təhlükəsizlik qüvvələri hazırda silahlı şəxslərlə danışıqlar aparır.
Hadisəni törədənlərin sayı və məktəb daxilindəki son vəziyyətlə bağlı hələlik dəqiq məlumat verilməyib.
Nuriyyə NATİQQIZI













