Medvedev Trampın dünyanı dostlar və düşmənlərə bölmə yanaşmasını düzgün sayır

 22:47 11.02.2026     220

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın dünyanı dostlar və düşmənlərə ayırmaq yanaşmasını doğru hesab etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Medvedev bu haqda partiyasının xalq proqramı müzakirəsi zamanı deyib. 

O, Trampın dünyanı “iki sütuna” bölərək, bir tərəfi dost, digər tərəfi düşmən kimi qiymətləndirib:

“Dostlarımızla işləyirik, onlara tarifləri azaldırıq. Düşmənlərimizlə işləməyəcəyik. Bu yanaşma o qədər sərt idi ki, Şimali Atlantika Alyansının bəzi üzvləri də düşmənlər siyahısına daxil edildi və buna təəccübləndilər. Onlar deyirdilər: ‘Biz özümüzük, həmişə birlikdə olmuşuq! Biz anglosakson dünyasıyıq! Mədəniyyətimiz ortaqdır!’ Amma Tramp dedi: ‘Sən mənim dünyagörüşümə sığmırsan’”, – deyə Medvedev fikirlərini açıqlayıb.

Medvedevin sözlərinə görə, Trampın bu açıq və sərt yanaşması dünya siyasətində yeni reallıqları əks etdirir və ABŞ-nin dost və düşmən siyasətini aydın şəkildə göstərir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən