Orban Ukraynanı Aİ-yə “aparmağa” hazır olduğunu bildirdi

 09:37 12.02.2026     316

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı Avropa İttifaqına (Aİ) “mindirib aparmağa” hazır olduğunu zarafatla deyib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Magyar Nemzet" nəşri yayıb.

Seçkiqabağı mitinqdə çıxış edən siyasətçidən seçicilərdən biri Ukraynadan Avropaya getmək istəyənlərlə bağlı nə edəcəyini soruşub. Orban cavabında zarafatla bildirib: “Maşının yanlarını təpikləməsələr, onları apararam. Siz də Brüsselə gedirsiniz?”

Baş nazir həmçinin vurğulayıb ki, Macarıstan hökuməti seçicilərin vəsaitlərinin Ukraynaya göndərilməsinə imkan verməmək üçün əlindən gələni edəcək.

“Bizim milli hökumətimiz və güclü ictimai dəstəyimiz olduğu müddətdə, onların (Avropa Komissiyasının) planını bloklaya və macarların zəhmətlə qazandığı vəsaiti qoruya biləcəyik”, – deyə Orban bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən