Kreml vatsapın bloklanmasının səbəblərini AÇIQLADI
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "WhatsApp"ın bloklanması qərarı "Meta Corporation"ın Rusiya qanunlarına riayət etməməsi səbəbindən həyata keçirilib.
Redaktor.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərin suallarına cavab verərkən açıqlama verib.
O qeyd edib ki, “vatsapın bloklanması ilə bağlı müvafiq orqanlarımızdan "Meta Corporation"ın Rusiya qanunvericiliyinin normalarına və hərflərinə əməl etmək istəməməsi səbəbindən belə bir qərarın qəbul edildiyi və tətbiq edildiyi barədə açıqlama verilib”.
Aminə ŞAHSUVARQIZI













